Laçın yurdu
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür.
== Məzmun ==
Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur.
"Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır.
== Jurnalın əsas rubrikaları ==
"Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s.
== Jurnalın dizaynı ==
Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir
== Jurnalın heyəti ==
Təsisçi və baş redaktor: Arif Məmmədli
Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi).
Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012).
Məsul katib: Elnur İrəvanlı
=== Redaksiya heyəti ===
Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.